Hakan Fidan Kanadaya getdi

9 Dekabr 2023 23:04

Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzzada daimi sülhün təmin edilməsi üçün Kanadaya səfər edib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə XİN paylaşım edib.

Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Təmas Qrupunun Qəzzada müharibəyə son qoyulması və daimi sülhün təmin edilməsi üçün apardığı işlər çərçivəsində Ottavaya səfər edib.

Məlumat üçün qeyd edək ki, Təmas Qrupunun Kanadanın baş naziri Trudeau (TURÜDO) və xarici işlər naziri Coli ilə iki ayrı görüş keçirməsi planlaşdırılır.

Milli.Az