Gəncədə toyda dava düşdü: Bıçaqlananlar var - YENİLƏNİB

10 Dekabr 2023 00:03

Gəncədə toy mərasimində mübahisə düşüb, xəsarət alanlar var.

Milli.Az report-a istinadən bildirir ki, şəhər ərazisində keçirilən toy mərasimlərinin birində qonaqlar arasında mübahisə düşüb.

Nəticədə Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

--------

22:23

Göygöl rayon sakini toy mərasimində bıçaq xəsarəti alıb.

Milli.Az report-a istinadən bildirir ki, 1972-ci il təvəllüdlü K.Əliquliyev Gəncə şəhərində keçirilən toy mərasimində bıçaqlanıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az