Hacıqabuldan ACI XƏBƏR: 18 yaşlı oğlan...

9 Dekabr 2023 21:37

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili evə qayıdan kənd sakini, 2005-ci il təvəllüdlü Xosiyev Pünhan Ehtiram oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Onu vuran sürücünün həmkəndlisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az