Cəlilabadda avtomobil aşdı: Yaralılar var

9 Dekabr 2023 20:57

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

Onlar Sumqayıt şəhər sakinləri, 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədovadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az