Bolqarıstan-Serbiya interkonnektoru bütün regionun enerji təhlükəsizliyini təmin edəcək - Baş nazir

9 Dekabr 2023 17:52

Bolqarıstan-Serbiya interkonnektoru bütün regionun enerji təhlükəsizliyini təmin edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Nikolay Denkov boru kəmərinin təftişi zamanı deyib.

"Bolqarıstan Qərbi Avropadakı qaz mənbələrinə çıxış imkanı əldə edəcək. Bu interkonnektorla qaz təkcə Serbiyaya çatdırılmayacaq, o ikitərəflidir və lazım gələrsə, Bolqarıstan bu boru kəməri vasitəsilə qaz alacaq", - deyə Denkov əlavə edib.

Qeyd edək ki, bu marşrut sayəsində Serbiya regionda maye təbii qaz (MTQ) terminallarına və Cənub Qaz Dəhlizinə çıxış əldə edir.

170 kilometr uzunluğa malik qaz kəmərinin ötürücülük qabiliyyəti ildə 1,8 milyard kubmetr təşkil edir. Boru kəməri Bolqarıstanda Novi İskır şəhərindən Serbiyada Niş şəhərinədək uzanır. Bolqarıstan ərazisində infrastruktura 62 kilometrlik qaz kəməri və müvafiq obyektlər daxildir.

Layihənin Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti Avropa Komissiyası tərəfindən təsdiqlənib. Belə ki, Komissiya layihəyə Avropa İttifaqı üçün ümumi maraq kəsb edən layihə statusu verib.

Serbiya artıq Azərbaycanla gələn ilin sonunadək bu marşrutla 400 milyon kubmetrədək qaz tədarükü üzrə müqavilə bağlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun