Sankt-Peterburqda mütəşəkkil cinayətkar dəstə ilə əlbir olan polislər saxlanılıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, Peterburqun Vıborq rayonunda "azərbaycanlı quldurlar" adlanan mütəşəkkil cinayətkar dəstənin üzvləri əməliyyat ssenarisi üzrə iki Sankt-Peterburq sakini ilə kafedə görüşməyə razılaşıblar. Görüş zamanı quldurlar onları döyüblər və zərərçəkənlərin təxminən 400 min rublunu (təxminən 7360 manat) əllərindən alıblar.
Hadisə yerinə polislər UAZ markalı avtomobillə gəlib. Zərərçəkmişlərin dediyinə görə, polis onları tutub maşına mindirməyə başlayıb. Cinayətkarları deyil, zərərçəkənləri aparıblar və dəstə üzvləri bu işdə məmurlara fəal kömək ediblər. Döyülən şəxsləri maşının içərisinə itələyərkən onlardan biri polislərin saxta ola biləcəyini düşünüb. O, polis avtomobilinin sükanı arxasına keçərək qaçmağa çalışıb.
Polis mütəşəkkil cinayətkar qrup üzvlərinin avtomobillərinə minərək xidməti maşını oğurlayan zərərçəkənləri təqib edib və bu zaman onlar bir neçə qəza törədiblər. Quldurlar əllərində olan travmatik silahlarla xidməti avtomobil olan UAZ-a atəş açıblar. Təqib bir saata yaxın davam edib, avtomobil oğruları tutularaq, bir neçə maşında Vıborq rayon Daxili İşlər Nazirliyinə aparılıb.
Nazirlikdə xəsarət alan Sankt-Peterburq sakinlərinə xuliqanlıq ittihamı ilə iş qaldırmağı təklif ediblər, polislərdən isə xarab olmuş UAZ-ı təmir etdirməyi xahiş ediblər. Bu şərtlə hamının sərbəst buraxılacağı bildirilib.
Baş verənlərlə Daxili Təhlükəsizlik İdarəsi və İstintaq Komitəsi maraqlanıb. Daha sonra Daxili İşlər Nazirliyi 59-cu polis bölməsinin iki əməkdaşını mütəşəkkil cinayətkar qrupa və bir neçə dəstə üzvünü himayə etməkdə şübhəli bilərək saxladığını təsdiqləyib.
Qeyd edək ki, sözügedən əməliyyat təxminən 1 ay yarım əvvəl Peterburqda saxlanılan "Azərbaycan mafiyası"nın cinayət işi çərçivəsində keçirilib. Məlum olub ki, saxlanılan polislər həmin dəstə üzvlərinə kömək ediblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun