Fələstində uşaqların öldürülməsində ABŞ-ın da payı var - Kurtulmuş

9 Dekabr 2023 16:00

Fələstində hər bir uşağın və qadının öldürülməsində ABŞ administrasiyasının da payı var.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

"Təəssüf ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Amerika Birləşmiş Ştatlar administrasiyası veto hüququndan istifadə etdi. Amerika bir daha İsrailə olan dəstəyini nümayiş etdirdi. Bu qərardan sonra ABŞ administrasiyası Fələstində insanların öldürülməsində günahkardır", - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnamə layihəsinə veto qoyub. Sənəd BƏƏ tərəfindən hazırlanıb və 24 saat ərzində BMT-nin 97 ölkəsi bunu dəstəklədiyini bildirib. BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı 13 ölkə lehinə səs verib, Böyük Britaniya bitərəf qalıb, ABŞ veto hüququndan istifadə edib.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun