Növbədənkənar prezident seçkilərində bu təşkilatlar üçün vaxt müəyyən edildi

9 Dekabr 2023 11:36

Azərbaycanda növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi vaxtı müəyyən edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi "Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı"nda əksini tapıb.

Təqvim planına əsasən, sənədlər 2024-cü il yanvarın 18-dək qəbul ediləcək.

Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi barədə sərəncam imzalayıb. Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun