Türkiyədə logistika şirkətinin anbarında güclü yanğın olub

9 Dekabr 2023 12:27

Türkiyənin Kocaeli şəhərində logistika şirkətlərinin birinə məxsus anbarda güclü yanğın olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, logistika şirkətinə məxsus 16-sı bağlı olmaqla, ümumilikdə 21 hektar ərazidə kimyəvi maddələrin və tezalışan materialların saxlandığı anbarda saat 04:00-dan etibarən güclü yanğın baş verib.

Əraziyə 47 texnika və 132 canlı qüvvə cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun