"Netanyahu höküməti beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır"

9 Dekabr 2023 10:44

Netanyahu hökuməti beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.

"İsrailin Qəzzaya hücumları 15 minə yaxın insanın ölümünə səbəb olub. Biz bu böhranın həlli üçün beynəlxalq ictimaiyyəti səfərbər etdik. Biz ədalətin və vicdanın səsi olaraq regional və qlobal tərəfdaşlarımızla əməkdaşlıq və məsləhətləşmələrdə fəal mövqe tutmuşuq. Bu fəaliyyətlər müharibə cinayətləridir." - deyə vitse=prezident qeyd edib.

Yılmaz bildirib ki, Türkiyə daimi atəşkəsin təmin edilməsi üçün hər şey edir.

"Biz inanırıq ki, Qəzza əslində ölkələr üçün humanitar mövqe nümayiş etdirmək üçün sınaq nöqtəsidir." - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun