Tovuzda avtomobillər toqquşub, yaralılar var - FOTO

9 Dekabr 2023 09:57

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Tovuz çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb. Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub.

Qəza zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Yaralılar 1977-ci il təvəllüdlü Rövşən Novruzov və 1995-ci il təvəllüdlü Firdovsi Əşrəfovdur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun