ABŞ-ın bazası raket atəşinə tutuldu

9 Dekabr 2023 07:57

ABŞ-ın Suriyanın şimal-şərqindəki Əl-Haseke vilayətinin Əş-Şəddadi şəhərindəki neft yataqlarında yerləşən bazası raket atəşinə tutulub.

Milli.Az report-a istinadən xəbər verir ki, baza dörd raketlə atəşə tutulub.

Mərmilərin ABŞ hərbçilərinin baza kimi tutduğu Əl-Cəbsədə evlərin ərazisinə düşdüyü bildirilir. Hücum zamanı həlak olanlar və ya yaralananların olub-olmaması, mümkün dağıntılar barədə məlumat verilmir.

Milli.Az