HƏMAS-ın 200-dən çox tərəfdarı saxlanıldı

9 Dekabr 2023 07:19

Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları təslim olurlar.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə deyib.

Onun sözlərinə görə, son 48 saat ərzində İsrail hərbçiləri 200-dən çox insanı saxlayıb.

"Son 48 saat ərzində biz 200-dən çox şübhəlini saxladıq, onlardan onlarla adam istintaq üçün İsraildəki Kəşfiyyat Korpusunun 504-cü Bölməsinə və Baş Təhlükəsizlik Xidmətinə təhvil verildi", - Haqari deyib.

Rəsmi bildirib ki, onların arasında HƏMAS-ın döyüş bölməsinin komandirləri, həmçinin "Nuxba" radikallarının xüsusi təyinatlıları da var.

Milli.Az