Bakıda iki avtomobil toqquşdu, yol təsərrüfatına ziyan dəydi - FOTO - VİDEO

9 Dekabr 2023 07:06

Bakının Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Salatın Əsgərova və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, idarəetməni itirən "Toyota" markalı minik avtomobilinin sürücüsü, maşını eyni markalı avtomobilə çırpıb. Qəza nəticəsində yol nişanı sıradan çıxıb.

Hadisədə bir nəfər xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az