Piterə uçan təyyarə təcili eniş etdi

9 Dekabr 2023 00:19

Rusiyanın Mineralnıye Vodı şəhərindən Sankt-Peterburqa uçan təyyarə təcili eniş edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial şəbəkədə yazıb.

"Saat yerli vaxtla 17:50-də Mineralnıye Vodıdan Sankt-Peterburqa qalxan təyyarənin göyərtəsində depressurizasiya barədə məlumat verən sensor işə düşüb. Hadisə havaya qalxdıqdan az sonra baş verib. Təyyarə Minvoda qayıdıb, artıq eniş edib. Hadisə nəticəsində itki yoxdur. Lazımi tədbirlər görülür", - deyə o bildirib.

Milli.Az