Azərbaycanda yenə zəlzələ oldu

8 Dekabr 2023 22:10

Bu gün yerli vaxtla saat 21:00-da Astara stansiyasından 45 km cənub-şərqdə, Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ qeydə alınıb.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ ocağının dərinliyi 11 km olub. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, dekabrın 7-də də Xəzər dənizində zəlzələ olub.

Milli.Az