Göyçaydan ACI XƏBƏR: 55 yaşlı iki uşaq atası...

8 Dekabr 2023 22:15

Göyçay rayonunun Çərəcə kənd sakini, 1968-ci il təvəllüdlü İntiqam Əlibala oğlu Əhmədov intihar edib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, yaşadığı evin yaxınlığında özünə qəsd edib.

İ.Əhmədov evlidir, iki övladı var.

Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az