Bu xidmətlə görə tarif müəyyən ediləcək

8 Dekabr 2023 21:31

Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyətinə dair 4 xidmətə görə tarif müəyyən edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dəniz limanları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən ediləcək:

- gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi;

- dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili;

- gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi;

- gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az