Taksidə qan töküldü - 15 yaşlı oğlan... - FOTOlar

8 Dekabr 2023 19:55

15 yaşlı oğlan taksi sürücüsünün boyun nahiyəsindən bıçaqlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada taksi sürücüsü Halil İbrahim Acar  avtomobilinə minən 3 nəfərlə mübahisə zamanı 15 yaşlı Ç.K. tərəfindən boyun nahiyəsindən bıçaqlanıb.

Həyati təhlükəsi olan Acarın müalicəsinin davam etdiyi öyrənilib.

Mübahisənin hansı səbəbdən çıxdığı məlum deyil.

Polis daha iki şübhəlini axtarır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun