2 milyardlıq sərvəti ilə öyünən milyarder QƏPİKSİZ QALDI - FOTOlar

8 Dekabr 2023 19:19

Böyük Britaniyanın ən varlı insanlarından biri olduğunu iddia edən britaniyalı milyarderin, nişanlısı ilə paylaşdığı 10 milyon funt-sterlinqlik malikanəsində var-dövləti ilə öyündükdən cəmi altı ay sonra müflis olub. 

Milli.Az "Dailymail" nəşrinə istinadən xəbər verir ki, o, dekabrın 1-də məhkəmə tərəfindən müflis elan edilib.

Onun 725 milyon funt-sterlinq borcla iflas etdiyi bildirilir. İflas ərizəsində vəkillər onun "çox varlı olması iddialarının yanlış olduğunu" deyiblər.

Bu yaxınlarda "Sunday Times" zənginlər siyahısında 88-ci yerdə olan sahibkar Bob Bull, bir jurnalistə boulinq meydançası və 4 milyon funt sterlinq dəyərində 12 superkar kolleksiyası ilə birlikdə evinin ətrafını göstərəndə onun sərvəti 2 milyard funt-sterlinqə yaxın qiymətləndirilirdi.

Belə ki, böyük borc onun "RoyaleLife" şirkətinin dağılmasından sonra yaranır və iş adamının bir sıra kreditorlara şəxsi zəmanət verdiyi 22 kredit müqaviləsindən ibarətdir. Şirkət 4 milyard funt sterlinq dəyərində qiymətləndirilirdi.

"Royale Life" şirkətinin baş icraçı direktoru olan 46 yaşlı maqnat Robert Bull (şəkildə) var-dövlətini statik karvan parklarını bungalov kəndlərinə çevirərək qurub. 

İki dəfə ailə həyatı quran keçmiş milyarderin 2 övladı var. Hazırda o, yeni nişanlısı Nilsen ilə birlikdə borclardan necə qurtiulmaq barədə düşünür. 

Xəyal
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun