İranda polis bölməsinə basqın - ölənlər var

8 Dekabr 2023 15:57

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin "Ziyarət çeşmə" polis bölməsinə silahlı basqın olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, silahlı qarşıdurma zamanı 4 hökumət məmuru öldürülüb.

Hücuma görə məsuliyyəti etnik bəlucların silahlı qruplaşması "Ənsar əl-Furqan" öz üzərinə götürüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun