Azərbaycanlı hərbçi Ukraynada həlak oldu - FOTO

8 Dekabr 2023 15:35

Ukrayna Silahlı Qüvvələrinin Azərbaycan əsilli hərbi qulluqçusu Vasif Ağacanov Ukraynada dünyasını dəyişib.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə "Rapira" ATO-nun veteranlar və əlillər cəmiyyətinin rəhbəri Gennadi Daşko bildirib.

Qeyd edilib ki, Azərbaycan əsilli hərbçi Rusiyanın Xerson vilayətini atəşə tutması zamanı şəhid olub.

36 yaşlı Vasiflə vida mərasimi 9-11 dekabrda Odessada olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun