Dünyanın ən gözəl qadınları siyahısında ilk 10-luqda olan aktrisa və modellərin adları və xüsusiyyətləri açıqlanıb.
İllik "Dünyanın ən gözəl 100 qadını" siyahısında bir çox aktrisa və model yer tutur. 2023-cü ilin sonu yaxınlaşdıqca, bu il seçiləcək "dünyanın ən gözəl qadını" maraq doğurur.
Ötən il açıqlanan siyahıda dünyanın ən gözəl qadını seçilən Jasmine Tookes bir çox insanın heyran qaldığı modeldir.
Ondan başqa siyahıda kimlər var?
Milli.Az xarici mətbuata istinadən dünyanın ən gözəl qadınları siyahısında olan ilk 10-luğu təqdim edir:
10. TZUYU, Tayvan müğənnisi
Gözəl üzü və uzun ayaqları ilə diqqət çəkən Tzuyu bir çox jurnalın üz qabığında yer alıb.
9. NANA, Koreya müğənnisi
Nana gözəlliyinə görə bir çox mükafatlar qazanıb və bir çox brendlərin siması olub.
8.MAI ÖMƏR, MİSİR aktrisası və model
Misirin ən gözəl qadınları arasında sayılır.
7. YAEL ŞELBİA, İsrail modeli və aktrisa
2018-ci ildə o, Kylie Jennerin kosmetika brendi Kylie Cosmetics-in siması olub.
6. İVANA ƏLAVİ, Filippin aktrisası və model
Gözəl üzü və seksual bədəni ilə bir çox kişinin arzusu olan İvana Alavi Filippinin ən gözəl qadınlarından biri hesab olunur.
5. SİTALA, Taylı müğənni
Taylandın ən gözəl qadınları arasında sayılır.
4. DAŞA TARAN,rus modeli
YouTube-da da kontent hazırlayan Daşa Taran makiyaj, gözəllik və moda kimi mövzularda videolar paylaşır.
3. LİSA, Taylı müğənni və rəqqasə
BLACKPINK qız qrupunun üzvüdür. Qrupun əsas reperi və rəqqasəsi Liza həm də solo sənətçi kimi fəaliyyət göstərir.
2. NANCY JEWEL MCDONI, Koreya müğənnisi
Qrupun əsas vokalisti və rəqqasəsi Nensi aktrisalıq kariyerasına başlayıb.
1. JASMINE TOOKES, ABŞ modeli
15 yaşında modelliyə başlayan Jasmine Tookes 2012-ci ildə Victoria's Secret mələyi olub.
Qeyd edək ki, siyahıda yer alan üç türk aktrisa da diqqət çəkib.
Sıla Türkoğlu siyahıda 33-cü, Özge Yağız isə 43-cü yerdə ,Hande Erçel isə 53-cü yerdə qərarlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun