"YAŞAT" fondunun 3 il müddətində xərclədiyi vəsaitin həcmi açıqlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.
O bildirib ki, xərclər 4 istiqamət üzrə aparılıb və 79 484 043 manat təşkil edib.
"Ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 568 yaralı olmaqla ümumilikdə 17 861 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 785 şəxsin 46 868 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 43 069-dır", - deyə o, əlavə edib.
Onun sözlərinə görə, xərclənmiş vəsait üzrə bölgü aşağıdakı kimidir:
• Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 42 153 250.00 AZN
• Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 2 424 635.03 AZN
• İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 7 011 408.82 AZN
• Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 27 394 750.09 AZN
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun