"Sabah" bu futbolçu ilə yollarını ayırır - FOTO

9 Dekabr 2023 01:30

"Sabah" bu qış futbolçusu Kahim Parrislə yollarını ayıracaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın tribuna.com nəşri mətbuatı məlumat yayıb.

Paytaxt klubu müqavilə ilə Kiyev "Dİnamo"suna məxsus olan yamaykalı yarımmüdafiəçinin çıxışından razı deyil. Buna görə də  "Sabah"ın 23 yaşlı futbolçu ilə icarə müqaviləsini uzatmayacağı bildirilib.

Qeyd edək ki, yayda "Sabah"a keçən Kahim Misli Premyer Liqada 11 oyuna çıxıb (650 dəqiqə) və 1 qol örürməsi edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun