Bu sığorta şirkəti ləğv edilir

8 Dekabr 2023 10:46

"Naxçıvan Sığorta" şirkəti ləğv edilir, onun portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülür.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən "Atəşgah Sığorta" şirkətinə ötürülür.

APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.

Qeyd edək ki, "Naxçıvan Sığorta" şirkətinin 100% səhmdarı "Naxçıvan Bank"dır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun