Yeniyetmə qızlardan skandal görüntülər - tualetə aparıb... - FOTOlar

8 Dekabr 2023 11:15

İstanbul Beylikdüzündə 3 qız restoranın tualetində "Gəzintiyə çıxaq" deyərək çıxardıqları gənc qızı döyüblər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaqlardan biri dostunun saçından tutaraq onu bir neçə dəfə divara vurub. Daha sonra yerə yıxılan qıza hücuma davam ediblər.

Qız qorxusundan tualet kabinəsinə sığınmağa çalışıb, qrupdakı digər şəxslər də mobil telefon kameraları ilə həmin anları lentə alıb.

Onlar həmin görüntüləri sosial şəbəkədə paylaşıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun