Bakıda polislər yolda qalan xanım sürücüyə bu cür yardım etdilər - FOTO

8 Dekabr 2023 10:11

Səbail Rayonu Mühafizə Polisinin əməkdaşları avtomobilində nasazlıq olan xanım sürücüyə kömək edib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Lermantov küçəsində, Axundov bağının yanında qeydə alınıb.

Belə ki, "Honda" markalı avtomobil yolda qalıb. Polis əməkdaşları isə xanım sürücüyə yardım edərək avto cərəyan ötürücü vasitəsiilə maşını işə salıblar. Xanımın üzləşdiyi problem aradan qaldırdıqdan sonra onu yola salıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun