Rusiya böyük texnika toplayır: hücum olacaq

8 Dekabr 2023 11:59

Son zamanlar Rusiya Donetsk vilayətinin Uqledar şəhəri istiqamətində böyük ehtiyat toplayır. Düşmən (Rusiya - red.) həm Rusiyadan, həm də müvəqqəti işğal edilmiş Zaporojye və Xersondan hərbi texnika göndərir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Mariupol merinin müşaviri Petr Andryuşenko deyib.

O bildirib ki, bu günlərdə Mariupol istiqamətində Rusiya hərbi texnikasının kolonu görünüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun