ABŞ-dən 32 erməni ilə bağlı açıqlama

8 Dekabr 2023 07:11

ABŞ Ermənistan və Azərbaycanın 34 saxlanılanı azad etməsini alqışlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller "X" hesabında bildirilib.

Onun sözlərinə görə, bu tərəflərin sülh sazişini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üçün çalışdığı bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir.

"Biz Ermənistan-Azərbaycan sülh danışıqlarını dəstəkləməyə sadiq qalırıq", - deyə Miller bildirib.

Milli.Az