Deddi Yanki şou-biznesi tərk edir

8 Dekabr 2023 00:15

Puerto-Rikolu dünyaca məşhur reper Deddi Yanki həyatını xristianlığa həsr etmək üçün şou-biznesdən gedəcəyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Despacito" hiti ilə məşhurlaşan ifaçı bu barədə San-Xuandakı konsertində danışıb. O, uğurlu karyerasına baxmayaraq, həyatında boşluq hiss etdiyini izah edib:

"Bu gecə etiraf edirəm ki, İsa mənim üçün yaşayır və mən də onun üçün yaşayacağam. Musiqi, sosial media, platformam, mikrofon kimi əlimdə olan bütün alətlər, Allahın mənə verdiyi hər şey indi ona məxsusdur".

Milli.Az