Uşaqları kibertəhlükələrdən necə qorumaq olar?

8 Dekabr 2023 00:11

Bəzən uşaqlar onlayn dünyada qarşılaşdıqları bəzi halların təhlükəli olduğunun fərqində olmaya bilərlər. Buna görə də onların təhlükəsizliyinin təmin edilməsi məhz valideynlərin üzərinə düşür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Uşaqları kibertəhlükələrdən bu cür qoruyun:

1. Uşaqlarınıza internetdə tanış olduğu şəxslərlə fərdi məlumatlarını bölüşməməli olduqlarını öyrədin;

2. Uşaqlar üçün uyğun olmadığını düşündüyünüz veb-saytlara girişi məhdudlaşdırın və zərərli hesab etdiyiniz tətbiqləri cihazlarından silin;

3. Uşaqlarınızın sosial media hesablarındakı paylaşımlarına və fəaliyyətlərinə mütəmadi nəzər yetirin;

4. Övladınızın cihazlarında antivirus proqramı olduğundan və əməliyyat sistemini mütəmadi olaraq yenilədiyinizdən əmin olun.

Milli.Az