Hüseyn Axundovun anası sevinc göz yaşlarını saxlaya bilmədi - VİDEO

7 Dekabr 2023 23:49

Oğlunun azadlığa çıxmasından xəbər tutan Hüseyn Axundovun anası sevinc göz yaşlarını saxlaya bilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, hərbçinin anası Şəlalə Axundova bildirib ki, artıq hamı mənə zəng edib gözaydınlığı verir. Prezidentimizə təşəkkür edirəm ki, bizə bu sürprizi etdi!

Qeyd edək ki, Zəngəzur mis-molibden zavodunda (ZMMZ) mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası qanunsuz olaraq ömürlük həbslə əvəz edilmişdi.

Ermənistan məhkəməsi iyunun 21-də H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum etmişdi.

Milli.Az