İran sərhədə hərbi texnikalar yerləşdirir

7 Dekabr 2023 22:48

Yaxın vaxtlarda quru qoşunları ölkənin şimal-şərq bölgələrində raket, dron, artilleriya və mobil zərbə bölmələrini yerləşdirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran ordusunun quru qoşunlarının komandanı Keyumərs Heydəri deyib.

Onun sözlərinə görə, şimal-şərq bölgəsi və Cənubi Xorasan həssas sərhədlərə malikdir və İranın davamlı təhlükəsizliyinin böyük hissəsi bu bölgədə təmin edilir, ona görə də Quru Qoşunları bu bölgəyə xüsusi diqqət yetirir.

O əlavə edib ki, ölkənin şimal-şərq sərhədləri gücləndiriləcək.

Ordunun Quru Qoşunlarının komandanı vurğulayıb ki, artıq ölkənin şimal-şərq, cənub-şərq, cənub-qərb, şimal-qərb və qərb sərhədlərində Quru Qoşunlarının müxtəlif bölmələri yerləşdirilib.

Milli.Az