Putin Rəisiyə SÖZ VERDİ: "Mütləq istifadə edəcəyəm..."

7 Dekabr 2023 22:32

Rusiya Prezidenti Vladimir Putin Moskvada İran prezidenti İbrahim Rəisi ilə görüşü zamanı Tehrana səfər etmək istədiyini bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Mən sizin dəvətinizdən mütləq istifadə edəcəyəm", - deyə Putin Rəisinin təklifinə cavab verib.

Putin həmçinin qeyd edib ki, iki ölkə birgə fəaliyyətini davam etdirir və ilin sonuna bir sıra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.

Milli.Az