HƏMAS-ın yüksək rütbəli kəşfiyyatçıları məhv edildi

7 Dekabr 2023 22:18

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının iki yüksək rütbəli kəşfiyyatçısını öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər İsrail Müdafiə Ordusuna istinadən məlumat yayıb.

"Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın kəşfiyyat bölməsinin iki yüksək rütbəli əməkdaşını məhv edib", - İsrail Müdafiə Ordusunun bəyanatında deyilir.

Qeyd olunur ki, bir neçə gün əvvəl öldürülən kəşfiyyatçılardan biri Fələstin hərəkatının oktyabrın 7-də İsrailə hücumunun planlaşdırılmasında iştirak edib. İsrail tərəfinin bəyanatına əsasən, hərəkatın üzvləri HƏMAS-ın kəşfiyyat komandanlıq mərkəzinə hücum zamanı öldürülüb.

Milli.Az