Tovuzda bədbəxt hadisə: 65 yaşlı kişi...

7 Dekabr 2023 21:54

Tovuzda intihar hadisəsi olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Çeşməli kəndində baş verib.

65 yaşlı Nüsrəddin Həmzə oğlu Qarayev yaşadığı evin qarşısındakı cökə ağacından özünü asaraq, canına qəsd edib.

Mərhumun asılmış meyitini onun yaxınları tapıblar.

Onun hansı səbəbdən intihar etməsi isə bilinmir.

Milli.Az