7,1 bal gücündə zəlzələ oldu: Sunami xəbərdarlığı edildi

7 Dekabr 2023 19:03

Sakit okeanın Vanuatu sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Manset.az-a istinadən xəbər verir ki,  bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumatda bildirilir ki,  zəlzələ Sakit Okeandakı bir qrup ada olan Vanuatunun Tanna adasında Isangeldən 123 kilometr cənubda baş verdib. 

Təxminən 49 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi ilə bağlı hələlik açıqlama verilməyib.

Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun