Bu şəxsləri 300 manat cərimə gözləyir

7 Dekabr 2023 17:49

Dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə cərimə müəyyənləşir.

Milli.Az bildirir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun