Qvardiolanın məşqçi karyerasında ən pis göstərici qeydə alınıb

7 Dekabr 2023 21:23

İngiltərənin "Mançester Siti" komandası Premyer Liqanın XV turunda "Aston Villa"ya uduzduğu (0:1) matçda qapıya cəmi 2 zərbə endirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolanın işlədiyi bütün komandalar üçün ölkə çempionatlarında ən pis göstəricidir.

Rəqibin isə ümumilikdə 22 zərbəsi olub.

Qeyd edək ki, "Aston Villa" 32 xalla üçüncü, "Mançester Siti" 30 xalla 4-cü pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun