Ermənistanda zavod direktoru özünü güllələdi

7 Dekabr 2023 17:48

Dekabrın 6-da Armavir vilayətində süd zavodunun direktoru 37 yaşlı şəxs özünü iş otağında güllələyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iş adamı döş qəfəsindən güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən tapança götürülüb. Direktorun özünəqəsdinin səbəbi açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun