Şamaxıda maşın aşdı - xəsarət alan var - FOTO

7 Dekabr 2023 16:20

Şamaxıda avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şamaxının Göylər adlanan ərazisində qeydə alınıb. Hadisə nəticəsində QAZ- 31105 markalı avtomobil idarəetməni itirərək maneələrə çırpılıb.

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Leyla Qurban qızı Şəfiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, rayon mərkəzi xəstəxanasına çatdırılıb . Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun