Bakıda avtomobildən 38 minlik qızıl oğurladılar

7 Dekabr 2023 12:11

Bakının Yeni Günəşli qəsəbəsi ərazisində "Chevrolet" markalı avtomobildən 38 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun