Pirallahıdakı yeni zavodun preparatları ixrac olunacaq - Mikayıl Cabbarov

7 Dekabr 2023 11:44

Pirallahıdakı yeni zavodda istehsal olunacaq preparatlar həm daxili bazar, həm də ixrac üçün nəzərdə tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pirallahı Sənaye Parkında Əczaçılıq Müəssisəsinin təməlqoyma mərasimində deyib.

"Bugünkü təməlqoyma mərasimi Azərbaycanla Türkiyə arasında hərtərəfli əməkdaşlığın nümunəsidir", - o deyib.

Nazirin sözlərinə görə, Türkiyə Azərbaycanın ən böyük ticari tərəfdaşlarından biridir.

"Bildiyiniz kimi, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün biz sənayeləşmə kursu götürmüşük", - o deyib.

Qeyd edək ki, "Gen Pharma Caucasus Manufacturing Operations" MMC Pirallahı Sənaye Parkında rezident statusu alıb. Beləliklə, sənaye parkının rezidentlərinin sayı 6-ya çatıb.

Sənaye parkının 7,8 hektar ərazisində şirkət yüksək keyfiyyətli 42 adda müxtəlif doza və formada (həblər, kapsullar, jelatin kapsulları, suspenziya üçün toz, şərbət) dərman məhsulları istehsal olunacaq.

İllik istehsal gücü 50 milyon qablaşdırma olaraq nəzərdə tutulan müəssisə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" və "Sia Pharmaceuticals" MMC arasında üçtərəfli əməkdaşlıq çərçivəsində inşa olunacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun