Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

6 Dekabr 2023 22:18

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda Böyük Britaniyanın Rusiyaya qarşı 45 yeni sanksiya tətbiq etdiyi bildirilib. Sanksiyalar siyahısına Rusiyanın müdafiə sahəsindəki müəssisələri və bu ölkəyə komponentlər ixrac edən xarici tədarükçülər daxil edilib.

Milli.Az