Norman Lir 101 yaşında vəfat etdi

6 Dekabr 2023 20:44

Amerikalı ssenarist və prodüser, "All in the Family" (1971-1979), "The Jeffersons" (1975-1985) komediya seriallarının yaradıcısı Norman Lir 101 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Lir çərşənbə axşamı Los-Ancelesdəki evində vəfat edib. O, altı dəfə Emmy mükafatı laureatı olub. 1968-ci ildə "Divorce American Style" (1967) filmi üçün ən yaxşı ssenariyə görə Oskar mükafatına namizəd seçilib.

Milli.Az