"Xəzər Lənkəran" Hollandiyaya gedə bilər

19 May 2010 20:12
"Xəzər Lənkəran" futbol klubu gələcək planlarını açıqlayıb.

Fanat.az xəbər verir ki, Lənkəran klubu transfer siyasətində yerli futbolçulara üstünlük verəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Tural Əsgərovun dediyinə görə, komanda Avropa Liqasına hazırlığı Avstriya və ya Hollandiyada keçəcək: "Qeyd edim ki, "Xəzər Lənkəran" gələn mövsümdən daha çox yerli oyunçulara üstünlük verəcək. Bu da, yeni mövsümdən etibarən legionerlərə tətbiq olunacaq limitlə əlaqədardır".

/Fanat.az/