Tanınmış jurnal dünyadakı hazırkı vəziyyəti belə təsvir etdi - FOTO

6 Dekabr 2023 20:20

Britaniyanın tanınmış "The Spectator" jurnalının növbəti buraxılışının üz qabığı maraqla qarşılanıb. 

Milli.Az "Qafqazinfo"ya istinadən xarici mediaya istinadən xəbər verir ki, jurnalın Amerika versiyasının üz qabığında Rusiya, Ukrayna, ABŞ Prezidentləri, eləcə də İsrailin Baş naziri Benyamin Netanyahu qartopu oynayarkən təsvir edilib. 

Ekspertlərin fikrincə, jurnalın üz qabığındakı təsvir hazırda dünyada baş verən hadisələri əks etdirir. Belə ki, burada Ukraynanın Rusiyanın hücumlarına qarşı müqavimətdə uğursuzluğu, İsrailin HƏMAS tərəfindən hücuma məruz qalması, ABŞ Prezidenti Co Baydenin reytinqinin enməsi, Rusiya lideri Vladimir Putinin iqtisadi, siyasi və hərbi uğurlarının təsvir edildiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun