Ermənistanın Rusiyaya yolu yenə bağlandı

6 Dekabr 2023 13:46

Əlverişsiz hava şəraiti ilə əlaqədar Hərbi Gürcüstan Yolu ilə ağır avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə idarəsindən məlumat verilib.

"Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi və avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü ilə əlaqədar, həmçinin Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınaraq, Vladiqafqaz şəhəri ilə Lars yaşayış məntəqəsi arasındakı hissədə iritutumlu avtomobillərin hərəkəti 6 dekabr 2023-cü il saat 02:20-dən sonrakı bildirişə qədər qadağan edilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Hərbi Gürcüstan Yolu Ermənistanı Rusiya Federasiyası ilə birləşdirən yeganə quru yoludur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun