Qəzzalıların köçü... - FOTOlar

6 Dekabr 2023 10:06

Qəzza zolağının Xan Yunus şəhərinin sakinləri təhlükəsiz bölgələrə köç etməyə başlayıblar. Yüzlərlə fələstinli İsrail ordusunun hücumlarının intensivləşməsindən narahat olaraq ölkənin cənubundakı Rəfah şəhərinə doğru hərəkət ediblər.

Milli.Az qafqazinfo-ya istinadən sözügedən köçdən fotoları təqdim edir:

Xatırladaq ki, Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişə zamanı Qəzza zolağında 16 248 nəfər fələstinli ölüb. Ölənlər arasında 7112 uşaq və 4885 qadın var. İtkin düşənlərin sayı 7600-ə çatıb, 42 mindən çox fələstinli yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun